Avstraliyada bıçaqlı hücum zamanı ölənlərin sayı 6-ya çatıb, 8 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1

Avstraliyada bıçaqlı hücum zamanı ölənlərin sayı 6-ya çatıb, 8 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB-1
# 13 aprel 2024 19:11 (UTC +04:00)

Avstraliyanın Sidney şəhərində ticarət mərkəzinə bıçaqla hücumu zamanı ölənlərin sayı 6 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "CBC News” məlumat yayıb.

Hadisə zamanı yaralı sayının 8 nəfər olduğu bildirilir. Hadisəni törədən şəxsin zərərsizləşdirildiyi bildirilib.

***

12:48

Naməlum şəxsin Sidneydəki ticarət mərkəzinə bıçaqla hücumu zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın “abc.net”ə istinadən xəbərinə görə, hadisə zamanı 9 nəfərin yaralandığı bildirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Yerli polisin açıqlamasına görə, o, hələlik motivi bəlli olmayan hadisəni təkbaşına törədib.

Qeyd edək ki, hücum edən şəxs polisin müdaxiləsi ilə zərərsizləşdirilib.

***

12:08

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 4 nəfər ölüb.

APA-nın “BBC”yə istinadən xəbərinə görə, hadisə zamanı daha 8 nəfərin yaralandığı bildirilir. Onların arasında azyaşlı uşaq da var.

Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Polisin məlumatına görə, adı hələlik açıqlanmayan bu şəxsin radikal dini qruplaşmalarla əlaqəsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR