Yeni Zelandiyanın növbəti baş naziri məlum olub

Yeni Zelandiyanın növbəti baş naziri məlum olub
# 21 yanvar 2023 04:04 (UTC +04:00)

Yeni Zelandiyanın təhsil naziri Kris Hipkins Leyboristlər Partiyasının yeni liderliyi üçün yeganə namizəddir və seçildikdən sonra Baş nazir postunu tutacaq.

APA-nın xəbərinə görə, partiyanın nümayəndəsi Dunkan Vebb bildirib ki, partiyadaxili seçkilər yanvarın 22-də keçiriləcək.

"Leyboristlər Partiyasının qrup iclasları bazar günü saat 13:00-da keçiriləcək və yeni lider kimi Kris Hipkinsin namizədliyi təsdiqlənəcək", - deyə o, yerli KİV-ə bildirib. Hipkins bu vəzifəyə yeganə namizəddir.

Yeni Zelandiya qanunlarına görə, son seçkidə parlamentdə ən çox yer qazanan partiyanın lideri ölkənin baş naziri olur. 2020-ci ilin oktyabrında ölkədə keçirilən seçkilərin nəticələrinə görə, leyboristlər parlamentdəki 120 yerdən 64-nü tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR