Azərbaycan Ordusunda ilk olaraq risk qrupundakı şəxslər vaksinasiya olunacaq

Azərbaycan Ordusunda ilk olaraq risk qrupundakı şəxslər vaksinasiya olunacaq
# 16 fevral 2021 11:38 (UTC +04:00)

“Azərbaycan Ordusunda ilk olaraq risk qrupuna daxil olan şəxslər vaksinasiya ediləcək”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Silahlı Qüvvələrinin baş sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hərbçilərin peyvənd olunması üçün Müdafiə Nazirliyi tərəfindən sərəncam imzalanıb.

“Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı Qarnizonunda, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş və digər ərazilərdə isə müvafiq hospitallarda peyvənd qrupları yaradılıb. Bütün hospitallar peyvəndləmə prosesi üçün lazımi avadanlıqlarla təmin edilib”, - deyə S. Məmmədov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Ordusunda vaksinasiya prosesi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabinetinin göstəriş və qərarlarına uyğun olaraq aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR