Müdafiə naziri Moskvaya gedib

Müdafiə naziri Moskvaya gedib
# 02 avqust 2019 17:45 (UTC +04:00)

Bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR