BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib
  • Clock-gray 15:39
  • calendar-gray 27 Noyabr 2019

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103476S dövlət qeydiyyat nömrəli, 170 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 99,5351 manat (6,01%) olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 858 911 600 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 manat (6,01%), orta ölçülmüş qiyməti isə 99,5351 manat (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 26 dekabr 2019-cu ildir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər