Dünya fond bazarlarında əsas indeks göstəriciləri azalıb

Dünya fond bazarlarında əsas indeks göstəriciləri azalıb
# 26 fevral 2020 09:15 (UTC +04:00)

Fevralın 25-də Amerika fond bazarında Dow Jones indeksi 3,15% – 27 081,36 bəndədək, Nasdaq indeksi 2,77% – 8 965,61 bəndədək, S&P 500 indeksi isə 3,03% – 3 128,21 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 25-də FTSE 100 indeksi 1,94% – 7 017,88 bəndədək, Fransa CAC-40 indeksi 1,94% – 5 679,68 bəndədək, Almaniya DAX-ı isə 1,88% – 12 790,49 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,37% artaraq 1 655,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,29% artaraq 1,088 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR