Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • Clock-gray 09:19
  • calendar-gray 17 Fevral 2021

Fevralın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,20% – 31,522.75 bəndədək yüksəlib, S&P 500 indeksi 0,06% – 3,932.59 bəndədək, Nasdaq indeksi isə 0,34% – 14,047.50 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 16-da FTSE 100 indeksi 0,11% – 6,748.86 bəndədək, Almaniyanın DAX indeksi 0,32% – 14,064.60 bəndədək enib, Fransanın CAC-40 indeksi isə 0,004% – 5,786.53 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,43% azalaraq 1 811,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,15 azalaraq 1,2114 dollar təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər