Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 17 iyun 2020 09:03 (UTC +04:00)

İyunun 16-da Amerika fond bazarında Dow Jones indeksi 2,04% – 26,289.98 bəndədək, S&P 500 indeksi 1,90% – 3,124.74 bəndədək, Nasdaq indeksi isə 1,75% – 9,895.87 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 16-də FTSE 100 indeksi 2,94% – 6,242.79 bəndədək, Fransa CAC-40 indeksi 2,84% – 4,952.46 bəndədək, Almaniya DAX-ı isə 3,39% – 12,315.66 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,43% artaraq 1 724,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,48% azalaraq 1,1262 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR