Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 08:57
  • calendar-gray 12 Mart 2021

Martın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,58% – 32,485.59 bəndədək, S&P 500 indeksi 1,04% – 3,939.34 bəndədək, Nasdaq indeksi isə 2,52% – 13,398.67 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 11-də FTSE 100 indeksi 0,17% – 6,736.96 bəndədək, Almaniyanın DAX indeksi 0,20% – 14,569.39 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,72% – 6,033.76 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% artaraq 1 725 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,17% azalaraq 1,1966 dollar təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər