Həftə ərzində "Azeri Light" nefti bahalaşıb

Həftə ərzində "Azeri Light" nefti bahalaşıb
# 04 iyul 2020 10:57 (UTC +04:00)

Ötən həftə ərzində (29 iyun-3 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 0,57 ABŞ dolları və ya 1,33% artıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 43,45 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 44 dollar təşkil edib, ən minimal göstərici isə 42,65 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR