Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
  • Clock-gray 09:19
  • calendar-gray 28 Oktyabr 2020

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 1,67% azalaraq 1 barelə görə 40,51 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,15% azalaraq 38,72 dollar təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər