BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
  • Clock-gray 17:23
  • calendar-gray 12 Noyabr 2019

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0105021759 ISIN-li, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97,2917 manat (9,0100%) və 101,1032 manat (6,9000%) olan 16 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,5680 manat (7,1900%), orta ölçülmüş qiyməti 100,7394 manat (7,0969%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35 619 100 manat yerləşdirilən həcmi isə 10 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 9.11.2021-ci ildir.

Hərrac iştirakçıları 13 noyabr 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date