BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib
# 09 iyul 2019 17:53 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106012757 ISIN-li, 15 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Maliyyə Nazirliyində istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərracda 10 investor tərəfindən qiymət intervalı 97,7122 AZN (9,9000%) və 100,7774 AZN (8,7000%) olan 15 sifariş təqdim edilib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100,3101 (8,8799%), orta ölçülmüş qiyməti 100,3666 (8,8581%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49 646 400 AZN, yerləşdirilmiş həcmi isə 15 mln. AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi 05.07.2022-ci il.

Hərrac iştirakçıları 10 iyul 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR