Naxçıvanın iqtisadiyyatı 2,5% böyüyüb

Naxçıvanın iqtisadiyyatı 2,5% böyüyüb
# 24 oktyabr 2022 09:30 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında (NMR) ümumi daxili məhsul istehsalı (ÜDM) 2 milyard 226,9 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.

"APA-Economics" bu barədə NMR-in Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, hər bir nəfərə düşən ÜDM isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 4800,5 manat olub. ÜDM-in tərkibində ilk yeri 27,3 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 56,7 faiz təşkil edib.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 2,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,5 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 2,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,6 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR