Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Tovuzda dəfn edilib

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Tovuzda dəfn edilib
  • Clock-gray 12:41
  • calendar-gray 14 Yanvar 2021

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

APA-nın yerli bürosunun məlumata görə, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüseyn Əliyevin nəşi Tovuz rayonuna aparılıb. Vida mərasimindən sonra şəhid doğulduğu Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Əliyev Hüseyn Sahib oğlu Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi. 

Allah rəhmət eləsin!

Fuad Nazimoğlu

Digər xəbərlər