Ermənistan ordusunun 10 rayonumuzun kəndlərinə atdığı partlamamış mərmilər zərərsizləşdirilib

Ermənistan ordusunun 10 rayonumuzun kəndlərinə atdığı partlamamış mərmilər zərərsizləşdirilib
  • Clock-gray 07:10
  • calendar-gray 08 Noyabr 2020

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Naftalan, Füzuli, Şəmkir, Tərtər rayonları, Gəncə və Yevlax şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 94 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, daxil olmuş 96 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Qaraxanlı, Şənlik, Avşar, Aşağı Avşar, Minəxorlu, Hüsülü kəndləri, Tofiq İsmayılov küçəsi, Ağdam rayonunun Orta Qışlaq, Əfətli, Kolqışlaq, Mirəşelli, Çəmənli, Baharlı, Böyüklü, Sarıcalı, Zəngişalı kəndləri, Baharlı-2 qəsəbəsi, Bərdə rayonunun Yeni Əyricə, Zümürxan, Otuzikilər, İmamqulubəyli, Ərəblər, Nazırlı, Quşçuluq, Əyricə kəndləri, Nüşabə küçəsi, Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndi, Füzuli rayonunun Şükürbəyli, Yuxarı Veysəlli kəndləri, 3-cü və 5-ci Zobcuq qəsəbələri, Şəmkir rayonunun Aşağı Seyfəlli kəndi, Tərtər rayonunun Azad Qaraqoyunlu, Düyərli, Ələsgərli, Qaynaq, Sarıcalı, Yuxarı Sarıcalı, Yenikənd, Köçərli, Keçəlli, Səhləbad, Güyərli, Əskipara kəndləri, Naxır qəsəbəsi, E.Səfərov, H.Aslanov, Vaqif küçələri, Gəncə şəhəri Kəpəz rayonu, Yevlax şəhəri Aran qəsəbəsi Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 77 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 8 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd 9N235 bombacığı, 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 45 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 25 ədəd piyada əleyhinə mina (24 ədəd PMN və 1 ədəd PMD-6) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

apa-logo-mini

Digər xəbərlər