Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub

Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub
  • Clock-gray 13:25
  • calendar-gray 03 Dekabr 2020

Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib. Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.  

apa-logo-mini

Digər xəbərlər