Bank Of Baku

Vaqif Dərgahlı: “Ermənistandan hərəkət edən S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək”

Vaqif Dərgahlı: “Ermənistandan hərəkət edən S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək”
# 29 sentyabr 2020 15:23 (UTC +04:00)

“Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək”.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirıliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir: “Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir. Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR