Mirzoyan Brüsseldə Toivo Klaarla görüşüb

Ararat Mirzoyan - Toivo Klaar

© APA | Ararat Mirzoyan - Toivo Klaar

# 25 yanvar 2023 17:43 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Tərəflər görüş zamanı Aİ-nin Ermənistandakı yeni missiyasını müzakirə ediblər və qeyd olunub ki, bu missiya regiona sülh və sabitlik gətirməyə kömək edəcək.

Həmçinin əlavə olunub ki, görüş zamanı Laçın yolundakı və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR