ANAMA: 17 milyon kv.m ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA: 17 milyon kv.m ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 31 mart 2021 15:23 (UTC +04:00)

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən cəbhəboyu ərazilər və işğaldan azad olunmuş ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursatlar aşkar edilib və zərərsizləşdirilib.

APA-nın məlumatına görə, bunu ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 17 milyon kv.m. ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib: "Sentyabrın 27-dən bu günə qədər 17 327 ədəd mina və hərbi sursat aşkar edilib, hazırda Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocavənddə axtarışlar aparılır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR