ATƏT-in Minsk qrupu həmsədrləri həftəsonu regiona gəlir

ATƏT-in Minsk qrupu həmsədrləri həftəsonu regiona gəlir
# 09 dekabr 2020 14:09 (UTC +04:00)

ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) həftəsonu regiona səfər edəcək.

APA-nın "Voice of America"ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Filip Riker ABŞ-ın ATƏT-dəki prioritetləri və fəaliyyəti barədə ABŞ Helsinki Komitəsinin dinləmələrində çıxışında deyib.

O bildirib ki, Gürcüstan prosesi ilə bağlı iclasda iştirak etmək üçün Cenevrədə olan amerikalı həmsədr Endryu Şofer tərəflər arasında sülh prosesinin bərpasını müzakirə etmək üçün həftəsonu Rusiya və Fransadan olan digər həmsədrlərlə birlikdə Bakı və İrəvana səfər etməyi planlaşdırır.

Filip Riker qeyd edib ki münaqişənin dayanıqlı həll yolu üçün diplomatik danışıqlar vacibdir.

ABŞ rəsmisi qeyd edib ki, həmsədrlər bu məsələdə ən yaxşı vasitəçidirlər və tərəflər danışıqlar masasında razılığa gəlməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR