Avropa Birliyi Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsini dayandırmağa və siyasi dialoqa qayıtmağa dair çağırış edib.
APA xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel AB sammitinin ilk günkü iclasının nəticəsi barədə danışarkən deyib.
“Biz ATƏT-in Minsk qrupu daxilində siyasi dialoqu bərpa etmək üçün digər beynəlxalq qüvvələrlə birgə bütün səyləri göstəririk”, - Ş.Mişel belə deyib.