Azərbaycan Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsində Dünya Bankı və BMT-nin təcrübəsinə müraciət edəcək

Azərbaycan Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsində Dünya Bankı və BMT-nin təcrübəsinə müraciət edəcək
# 13 noyabr 2020 18:54 (UTC +04:00)

“Hər bir zərərin qiymətləndirilməsi prosesində metodologiya çox vacibdir. Zərərin qiymətləndirilməsində beynəlxalq təşkilatların təcrübəsinə müraciət edilməsi nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu məsələdə Dünya Bankı və BMT-nin ixtisaslaşmış qurumlarının geniş təcrübəsi var: “İş prosesində onların təcrübəsinə də müraciət ediləcək. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız çərçivəsində bu məsələyə də baxılacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR