Ceyhun Bayramov: “Ermənistan Azərbaycana hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır”

Ceyhun Bayramov: “Ermənistan Azərbaycana hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır”
# 17 mart 2021 13:48 (UTC +04:00)

“Biz tariximizin xüsusi dövrünü yaşayırıq. Azərbaycanın 30 il işğal altında olan əraziləri azad edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Slovakiya xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri deyib ki, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar regionda yeni imkanlar yaradır: “Azərbaycanın mövqeyi beynəlxalq hüquq və normalara əsaslanıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daxilində dövlətlərarası münasibətlərin normallaşmasını olduqca vacib hesab edirik. Üçtərəfli bəyanatlar nəqliyyat-kommunikasiyanın bərpası, ticarət əlaqələri üçün böyük imkanlar yaradır. Digər bölgə ölkələri kimi, Ermənistan da sülhün faydasını görəcək. Bunun üçün ölkələr üzərinə götürülən öhdəlikləri dürüst yerinə yetirməlidirlər. Ancaq bəzi hallarda biz hələ də Ermənistandan konstruktiv yanaşma görmürük. Üçtərəfli bəyanata əsasən, Ermənistan bütün hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarmaq barədə öhdəlik götürüb. Ermənistan Azərbaycana ərazisinə hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır. Bu, bölgədə sülh və təhlükəsizliyə təhdid yaradır. Bilavasitə və dolayısı ilə hərbi əməliyyatlara yönəlik bütün addımlara son qoyulmalıdır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR