Cozep Borrell Azərbaycan və Ermənistanda toqquşmlarla bağlı bəyanat yayıb

Cozep Borrell Azərbaycan və Ermənistanda toqquşmlarla bağlı bəyanat yayıb
# 27 sentyabr 2020 15:23 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan Ermənistan arasındakı gərginliklə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, Aİ-nin Ali Nümayəndəsi tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

"Sentyabrın 27-də Dağlıq Qarabağ münaqişə zonasındakı təmas xətti boyunca təəssüf ki, hərbi və mülki itkilərə səbəb olan döyüş başlayıb. Avropa İttifaqı hərbi əməliyyatların dərhal dayandırılmasına, de-eskalasiyaya və atəşkəsə ciddi əməl edilməsinə çağırış edir.

Təcili olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında, ilkin şərtlər olmadan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara qayıtmaq lazımdır", - deyə Aİ Nümayəndəsi bəyanatında bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR