Dağlıq Qarabağın azərbaycanlı icmasının Ağdaban faciəsi ilə bağlı bəyanatı BMT sənədi kimi yayılıb

Dağlıq Qarabağın azərbaycanlı icmasının Ağdaban faciəsi ilə bağlı bəyanatı BMT sənədi kimi yayılıb
# 23 aprel 2020 11:21 (UTC +04:00)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ağdaban faciəsi ilə bağlı bəyanatı BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının (TŞ) rəsmi sənədi kimi yayılıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva “Twitter”də bildirib.

Sənəddə bildirilib ki, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, 779 nəfər dinc sakininə amansız işgəncələr verilib: “Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırımı nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılıb, talanıb və məhv edilib”.

Sənəddə qeyd olunub ki, 1992-ci il aprel ayının 8-də baş verən, Azərbaycan tarixində törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın strateji əhəmiyyətli Kəlbəcər rayonunu ələ keçirmək üçün erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımı idi.

“1993-cü il martın 27-dən aprelin 2-dək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən, 1936 km² sahəsi, işğal zamanı 60 minə nəfərə qədər əhalisi, 1 şəhər, 1 qəsəbə və 122 kənddən ibarət olan Kəlbəcər rayonu işğal edildi. Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı münaqişəni mahiyyətcə yeni – işğalçılıq səviyyəsinə keçirdi”, - deyə sənəddə bildirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR