Dövlət başçısı: “Çalışırıq ki, işğaldan azad edilmiş ərazilərdə maksimum rahat imkanlar və şərait yaradaq”

Dövlət başçısı: “Çalışırıq ki, işğaldan azad edilmiş ərazilərdə maksimum rahat imkanlar və şərait yaradaq”
  • Clock-gray 13:04
  • calendar-gray 26 Fevral 2021

“Keçmiş köçkünlərin həmin ərazilərə qayıtması məsələsi də var. Burada bir çətinlik də ondan ibarətdir ki, minalanmış sahələrdən savayı, bütün struktur dağıdılıb, şəhərlər məhv edilib, kəndlər dağıdılıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, qayıtmağa yer yoxdur: “Mən o ərazilərdə dəfələrlə olmuşam. Dəfələrlə səfər etmişəm. Yüzlərlə kilometr qət etmişəm maşında. Gördüyüm odur ki, bir dənə də bina yoxdur. Ağdamda bir dənə də sağ qalan bina mövcud deyil. Cəmi bir məscid qalıb, o da yarı dağıdılmış halda. Ondan da artilleriya atəşinin tuşlanması üçün istifadə olunurdu. Füzulidə bir dənə də salamat bina qalmayıb. Bayrağı sancmaq üçün bir yer tapmaq olmurdu. Cəbrayılda da eyni mənzərədir, eyni vəziyyətdir. Qubadlıda, Zəngilanda ayrı-ayrı bir neçə ev sağ qalıb. Biz indi minalardan təmizləmə işlərini aparırıq. Paralel olaraq dəymiş ziyanın qiymətləndirilməsini aparırıq. Bütün əlimizdə olan imkanlardan yararlanırıq. Dronlarla çəkiliş aparırıq. Bizə lazımdır ki, beynəlxalq strukturlar vasitəsilə əsaslandırılmış iradlarımızı çatdıraq. Bununla paralel olaraq, həmin şəhərlərin və kəndlərin inkişafının master planlarının tərtibatı üzrə işlər aparılır. Və bizim vətəndaşlarımızın o ərazilərə qayıtması üçün bu, əsas məsələlərdir.

Biz, həmçinin, pilot layihələrinə də start vermişik. Artıq bu layihələrdən biri “ağıllı kənd” layihəsio artıq başlayıb. Biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərdə maksimum rahat imkanlar və şərait yaradaq. O insanlar ki, illərlə, on illərlə öz evlərindən, ərazilərindən məhrum olublar, onlar layiqdirlər ki, müasir dövrün bütün imkanlarından yararlansınlar və bizdə siyasi iradə də var, maliyyə vəsaitləri də var. Və biz bunu edəcəyik”.

Firuzə Vahid

Digər xəbərlər