Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
  • Clock-gray 21:03
  • calendar-gray 06 Avqust 2020

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

apa-logo-mini

Digər xəbərlər