Lavrov: “Bu illər ərzində iranlı həmkarlarımla çoxsaylı təmaslarımızda Qarabağ mövzusuna maraq göstərildiyini xatırlamıram”

Lavrov: “Bu illər ərzində iranlı həmkarlarımla çoxsaylı təmaslarımızda Qarabağ mövzusuna maraq göstərildiyini xatırlamıram”
# 12 dekabr 2020 12:33 (UTC +04:00)

“Qarabağda münaqişənin həlli formatı ilə bağlı seçim Azərbaycan və Ermənistanın üzərinə düşürdü, bəyanat iştirakçılarının tərkibi də, İranın təqdim etdiyi sülh planına diqqət yetirilməməsinin səbəbi də məhz budur”.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz indi münaqişənin həllinə kimin, nə vaxt kömək edə bildiyini və ya kömək edə bilmədiyini düşünməməliyik. Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistana məxsusdur. Bəyanatdakı iştirakçıların tərkibini də yalnız bu müəyyənləşdirib. Bunu İranın hesabına və ya Türkiyənin hesabına etmək cəhdləri olmadı və ola bilməzdi.

İndi vacib olan əldə olunmuş bütün razılaşmaları necə tamamlayacağımızı və qarşıdurma bölgəsini birgə yaşayış bölgəsinə, qonşuluq və əməkdaşlığa çevirəcəyimizi düşünməkdir.

Dağlıq Qarabağ məsələsində bizi hərəkətə gətirən qan tökülməsinə son qoymaq istəyi idi. Münaqişə tərəfləri - Ermənistan və Azərbaycan Rusiya Federasiyasının vasitəçiliyi ilə bunu etməkdə maraqlı olduqlarını bildirdi. Bunun arxasında hər hansı başqa məqsəd yoxdur. Yeri gəlmişkən, xatırlamıram ki, Rusiyanın xarici işlər naziri kimi çalışdığım illər ərzində iranlı həmkarlarımla çoxsaylı təmaslarımızda Qarabağ mövzusuna maraq göstərilib və məsləhətləşmələrimizdə və ya danışıqlarımızda bu məsələ yer alıb", - Rusiya XİN başçısı deyib.

Lavrov onu da bildirib ki, İranın narahatlığını başa düşür, çünki Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək, xüsusən də bu maraqlar ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etdiyi bir vaxtda daha da güclənib.

"Uzun illərdir, hamının təsdiq etdiyi əsas prinsipdən imtina etmək mümkün deyil: münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır.

Noyabrın 9-da Azərbaycan Ermənistan və Rusiya liderlərinin ortaq bəyanatında da İran təşəbbüskarı olduğu əsas istiqamətlər açıq şəkildə göstərilib", - deyə Lavrov qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR