Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir.
APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, gələn ildən bu zonada istehsal olunan, təsdiq edilmiş siyahıya daxil olan Azərbaycan mənşəli məhsulların ən azı yarısı ixrac edildiyi halda, digər hissəsi daxili bazara gömrük rüsumu olmadan çıxarıla biləcək:
"Zonanın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görüləcək işlər istehsal və ixrac potensialını artıracaq”.