MM Ermənistanın törətdiyi soyqırımlarına görə cəzalandırılması istiqamətində fəaliyyət göstərəcək

MM Ermənistanın törətdiyi soyqırımlarına görə cəzalandırılması istiqamətində fəaliyyət göstərəcək
# 18 yanvar 2021 17:41 (UTC +04:00)

Parlamentin İnsan Hüquqları komitəsində sessiya müddətində Vətən Müharibəsi dövründə həyata keçirilən müharibə cinayətlərini törədənlərin cəzalandırılması üçün işlər görüləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisinin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına daxil edilib.

Qeyd olunub ki, sessiya müddətində Azərbaycana qarşı Ermənistanın törətdiyi soyqırımı, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin, o cümlədən Vətən Müharibəsi dövründə həyata keçirilən müharibə cinayətlərinin cəzalandırılmasına nail olunması istiqamətində fəaliyyət həyata keçiriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR