Media rəhbərləri və sosial media aktivistləri Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar - VİDEO

Media rəhbərləri və sosial media aktivistləri Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar - VİDEO
# 13 mart 2021 13:17 (UTC +04:00)

Ağdama səfər edən Media rəhbərləri və sosial media aktivistləri hazırda Ağdamın Qərvənd kəndi ərazisindədirlər.

APA-nın məlumatına görə, onlar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar.

Qeyd edək ki, bir qrup media rəhbərləri və sosial media aktivistləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyət geniş tərkiblidir. Heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR