Müdafiə Nazirliyi: Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb

Müdafiə Nazirliyi: Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb
# 06 oktyabr 2020 01:27 (UTC +04:00)

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.

APA xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR