Ombudsman Aparatının nümayəndəsi Beynəlxalq Miqrasiya Təşkilatının onlayn tədbirində iştirak edib

Ombudsman Aparatının nümayəndəsi Beynəlxalq Miqrasiya Təşkilatının onlayn tədbirində iştirak edib
  • Clock-gray 21:43
  • calendar-gray 23 Oktyabr 2020

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı üzrə onlayn tədbir təşkil edilib. Tədbirin məqsədi insan alverinə qarşı mübarizə sahəsində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən həyata keçirilən lahiyələr çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi olub.

Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlayn tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova iştirak edib. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, İnsan Alverinə Qarşı Yardım Mərkəzinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və QHT-lərin nümayəndələri iştirak ediblər.

İştirakçılara Ombudsman Səbinə Əliyevanın salamlarını çatdıran A.Həmidova Müvəkkilin insan hüquqları sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin prioritet istiqamətlərindən biri olan insan alverinə qarşı mübarizə sahəsində gördüyü işlər haqqında ətraflı məlumat verib.

Ombudsman təsisatının Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının implementasiyasında, koordinasiyasında və qiymətləndirilməsində  fəal iştirak etdiyi qeyd edilib. 

Ombudsmanın insan alveri qurbanlarının sosial müdafiəsi məqsədi ilə sosial-reabilitasiya, habelə cəmiyyətə uyğunlaşmaya yönəlmiş proqramların hazırlanması və tətbiqi, ixtisaslaşmış sosial-reabilitasiya xidməti göstərən regional sosial sığınacaq komplekslərinin yaradılması, o cümlədən sığınacaq sisteminin inkişaf etdirilməsi və s. təklifləri barədə məlumat verilib.

Qeyd edilib ki, Ombudsmanın rəhbərliyi altında MPQ-nin üzvləri tərəfindən mütamədi olaraq Dövlət Miqrasiya Xidmətinin qanunsuz Miqrantların Saxlama Mərkəzlərinə və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinə keçirilən baş çəkmələr çərçivəsində orada saxlanılan şəxslərin hüquqları izah edilməklə yanaşı, həmçinin saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və digər problemlər öyrənilir. Həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində köməklik göstərilir.

Həmçinin bildirilib ki, Ombudsman təsisatının sözügedən sahədə əsas fəaliyyət istiqamətlərindən biri də maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

Tədbirdə iştirak edən qurumların nümayəndələri mövzu ətrafında çıxış ediblər.

apa-logo-mini

Digər xəbərlər