Pakistan XİN: Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır

Pakistan XİN: Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır
# 09 aprel 2020 17:47 (UTC +04:00)

“Martın 31-də Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

APA-nın xəbərinə görə, bunu Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Aişə Faruki deyib.

O bildirib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir, Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək.

XİN rəsmisi Dağlıq Qarabağda “seçkilər”in keçirilməsinin münaqişənin sülh yolu ilə həll olunması məqsədilə aparılan danışıqlara xələl gətirdiyini də vurğulayıb

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR