Prezident: “Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik”

Prezident: “Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik”
  • Clock-gray 13:24
  • calendar-gray 09 Noyabr 2020

 

“Bəli, hər şey bizim qüvvələrimiz tərəfimizdən istifadə olunur. Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimiz digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim tərəfimizdən edilir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.

Jurnalist “Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi? Biz Ermənistanın artıq Rusiyaya müraciət etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük. Sizcə Türkiyənin daha çox cəlb olunmağı xahiş edəcəyiniz gün gələcəkmi?” sualını dövlət başçısına ünvanlayıb.

“Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik”, - deyə dövlət başçısı suala cavabında bildirib.

 “Prezident Əliyev, icazənizlə mən daha iki sualla bağlı yardımınızı xahiş edəcəyəm. Münaqişənin indi yenidən alovlanmasının və Sizin belə güclü irəliləməyinizin səbəblərindən biri kimi Türkiyənin çox güclü dəstək verdiyini, bunun həqiqətən də həlledici olduğunu iddia edənlərə nə deyərdiniz. Əminəm ki, belə iddiaları eşitmisiniz” – deyə daha sonra jurnalist bildirib.

“Xeyr, qətiyyən. Yeri gəlmişkən, Türkiyənin hərbi iştirakı haradadır? Bunu kim təsdiqləyə bilər? Hər hansı türk əsgərini kim görüb?”, - deyə Azərbaycan Prezidenti sual edib.

“Yerində iştirak deyil, güclü siyasi dəstək, daimi bəyanatlar, çox güclü regional gücdən çox güclü dəstək. Bu, burada amil deyil?”, - jurnalist bildirib.

“Bəli, bu, amildir. Lakin bu amil münaqişə başlayandan sonra çox mühüm əhəmiyyət kəsb etdi. Çünki əgər münaqişənin xronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistan bizə hücum edəndən və biz cavab verəndən saatlarla sonra başladı. Amma Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildən baş vermədi. Bu, hər zaman belə olub. Niyə münaqişə başladı? Mən sizə deyə bilərəm. Çünki Ermənistan danışıqları pozmaq istəyirdi. Onlar iyulun 12-də dövlət sərhədində bizə hücum etdilər və bizim ərazimizə daxil oldular. Biz cavab verməli olduq. Həmin toqquşma 4 gün davam etdi və biz onları Azərbaycandan sıxışdırıb çıxarandan sonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustun ortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttini keçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşı terror hücumları planlaşdırdıqlarını etiraf etdi. Sonra sentyabrın 27-də onlar bizim şəhərlərimizi artilleriya atəşinə tutmağa başladılar, bizim mülki şəxslər və hərbçilər arasında ilk qurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqələrdə oldu. Onlar bizi ağır artilleriyadan atəşə tutdular. Beləliklə, bu, belə başladı. Niyə başladı?”, - deyə Prezident İlham Əliyev qeyd edib.

“Prezident Əliyev, üzr istəyirəm. Bilirəm Siz bizə tarixini danışmaq istəyirsiniz, lakin Sizinlə iki məqama aydınlıq gətirmək istəyirəm. Siz hərbçilər arasında itkiləri qeyd etdiniz. Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər?”, - deyə jurnalist növbəti sualını Prezident İlham Əliyevə ünvanlayıb.

“Xeyr, qətiyyən. Birincisi, bizdə çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır. Əlbəttə ki, biz bu cür danışa bilmərik. Hər bir insanın həyatı qiymətsizdir. Lakin bizim itkilərimiz Ermənistanınkından xeyli aşağıdır. Çünki bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlar olmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi. Səbəb o deyil ki, biz düşünürük ictimaiyyətin dəstəyini almarıq, əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 

apa-logo-mini

Digər xəbərlər