Qazaxıstan səfirliyi Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Qazaxıstan səfirliyi Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
  • Clock-gray 13:05
  • calendar-gray 26 Fevral 2021

Qazaxıstan səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Qazaxıstan səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqının kədərini və ağrısını bölüşür, bu cinayətin qurbanlarının əziz xatirəsini yad edir. Xocalı faciəsi kimi hadisələrin gələcəkdə bir daha baş verməməsi üçün dünya ictimaiyyətinin səylərinin əsirgəməməsinin vacib olduğunu hesab edirik”, - deyə qeyd olunub.

Zümrüd Paşkin

Digər xəbərlər