Rusiyalı senator: “Federasiya Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə qoşulmağa hazırdır”

Rusiyalı senator: “Federasiya Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə qoşulmağa hazırdır”
# 27 sentyabr 2020 16:29 (UTC +04:00)

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə qoşulmağa hazırdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədrinin birinci müavini Vladimir Cabbarov bildirib.

Onun sözlərinə görə, Federasiya Şurası Azərbaycan və Ermənistanın parlamentləri ilə təmasları dəstəkləyir, parlament xətti ilə Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına qoşulmağa hazırdır.

“Lakin əvvəlcə diplomatlar fəaliyyət aparmalıdırlar. Onlar artıq nizamlanma üçün işləyirlər. Başlıcası indi münaqişənin eskalasiyana yol vermək olmaz. Əks-təqdirdə digər ölkələrin iştirakı ilə bu münaqişənin genişlənməsi qaçılmaz olacaq. Buna yol vermək olmaz”, - deyə rusiyalı senator vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR