Bank Of Baku

XİN: "Qazaxıstan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırdır"

XİN: "Qazaxıstan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırdır"
# 27 sentyabr 2020 15:52 (UTC +04:00)

"Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsindən dərin narahatlığını bildirir". 

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Biz dost Azərbaycan Respublikasını və Ermənistan Respublikasını vəziyyəti sabitləşdirmək üçün bütün tədbirləri görməyə, güc tətbiqindən imtina etməyə və danışıqlara başlamağa çağırırıq.

Biz beynəlxalq təşkilatların platformalarında münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırıq. Asiyada Qarşılıqlı Etimad Tədbirləri Konfransının (CICA) hazırkı sədri olaraq, biz Konfransın mövcud etimad tədbirləri paketindən istifadə etməyi təklif edirik", - deyə Qazaxıstan XİN-in bəyanatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR