Cavad Zərif: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq”

Cavad Zərif: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq”
  • Clock-gray 15:25
  • calendar-gray 05 Avqust 2019

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif son günlər Azərbaycan – Ermənistan dövlət sərhədində atəşkəsin tez-tez pozulmasına münasibət bildirib. 

Cavad Zərif APA-nın yerli bürosuna eksklüziv açıqlamasında bildirib ki, İran hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olub.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı Ermənistan təxribatlar törədib. Bir neçə gün əvvəl Ermənistan snayperləri tərəfindən Azərbaycanın döyüş mövqelərindən arxa istiqa­mətdə hərəkətdə olan “Ka­mAZ” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəyib.  

Bundan başqa, 28 iyul tarixində 22:00 radələrində Azərbaycanın döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri Ermənistan silahlı bölmələri tərəfindən növbəti dəfə atəşə tutulub. Ermənistan snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Ermənistan snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date