Ərdoğan: “Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq”

Ərdoğan: “Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq”
  • Clock-gray 14:06
  • calendar-gray 11 Noyabr 2020

“Biz sizin Zəfərinizlə çox xoşbəxt olduq”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.

Bakıda ağacəkmə kampaniyasında iştirak edən Baş Nazir Əli Əsədov Türkiyə Prezidentinə Azərbaycanın mübarizəsində göstərdiyi qardaş dəstəyinizə görə təşəkkür edib.

Bakıda keçirilən mərasimdə iştirak edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Prezidentinin tapşırıqları əsasında qardaş Azərbaycanın zəfər coşqusunu paylaşmaq və cəbhədəki çalışmalarla yanaşı, masadakı çalışmalara da dəstək vermək və birgə koordinasiya üçün burdadır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov vurğulayıb ki, Türkiyə Prezidentinin təşəbbüsü ilə keçirilən qlobal ağacəkmə kampaniyasında iştirakdan məmnunluq duyur: “Son 44 gün ərzində Siz başda olmaqla, Türk xalqı, Türkiyə dövləti, millət vəkilləri, vətəndaş cəmiyyətinin dəstəyini günbəgün hiss etdik. Mövlud Çavuşoğlu qardaşım qısa müddət ərzində beş dəfə Azərbaycanda oldu. Bir daha Sizin simanızda təşəkkürümüzü bildirmək istəyirik”.

Bakıdakı aksiyaya video-formatda qatılan Türkiyə Prezidenti isə bildirib ki, Azərbaycan Ordusunun Ermənistana qarşı verdiyi mücadilə və işğal altındakı torpaqları yenidən azad etməsinin həyəcanını onlar da Türkiyədən hiss edirlər: “Bu həyəcanı Sizinlə birlikdə yaşadıq. “Bir millət, iki dövlət anlayışı” içərisində bütün səylərimizi ortaya qoyduq. Bundan sonra da “bir millət, iki dövlət” olaraq bu yolla yürüyəcəyik. Necə bu gün əkilən zeytun fidanları ağac olacaqsa, yüz minlərlə zeytunu Azərbaycanlı qardaşlarımız toplayacaqsa, bundan sonra da Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq”.

Firuzə Vahid

Digər xəbərlər