Bank Of Baku

Azərbaycan prezidenti MTN-nin Mədəniyyət Mərkəzinin əsaslı təmir edilmiş binası ilə tanış olub

Azərbaycan prezidenti MTN-nin Mədəniyyət Mərkəzinin əsaslı təmir edilmiş binası ilə tanış olub
# 14 mart 2009 18:22 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin və həmin mərkəzin nəzdində fəaliyyət göstərən musiqi məktəbinin əsaslı təmir edilmiş binaları ilə tanış olub. APA-nın xəbərinə görə, dövlət başçısı Mədəniyyət Mərkəzdə yaradılmış Heydər Əliyev muzeyi ilə tanış olub, Milli Təhlükəsizlik Nazirliyinin arxivlərindən və dövlət arxivindən götürülmüş, çoxu ilk dəfə nümayiş etdirilən fotoşəkillərə baxıb.

Prezident Mərkəzlə tanış olub, burada ümummilli lider Heydər Əliyevin ölkənin milli təhlükəsizlik sisteminin təşəkkülündəki rolundan bəhs edən sənədli filmə baxıb.

Qeyd edək ki, Mərkəzin yerləşdiyi bina Nazirlər Kabinetinin 2008-ci il 31 yanvar tarixli qərarı ilə Milli Təhlükəsizlik Nazirliyinin balansına verilib.

Mərkəzlə tanışlıqdan sonra prezident yaxınlıqda yerləşən və vaxtilə özünün də musiqi təhsili aldığı məktəbə baş çəkib. Burada ölkə başçısı vaxtilə müəllimi olmuş Nailə Kərimova ilə görüşüb. İlham Əliyev musiqi məktəbi şagirdlərinin çıxışlarını dinləyib, fotoekspozisiya ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR