Beynəlxalq Avropa Hərəkatının Azərbaycan Nümayəndəliyi yaradılıb

Beynəlxalq Avropa Hərəkatının Azərbaycan Nümayəndəliyi yaradılıb
# 15 dekabr 2006 15:46 (UTC +04:00)
Beynəlxalq Avropa Hərəkatının Azərbaycan Nümayəndəliyinin yaradılması ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, nümayəndəliyin yaradılması ilə bağlı Təşkilat Komitəsinin sədri Razi Nurullayev Beynəlxalq Avropa Hərəkatı haqda məlumat verib: “Beynəlxalq Avropa Hərəkatı 1947-ci ildə yaradılıb. Hərəkatın baş ofisi Brüssel şəhərində yerləşir. Qurum Avropa Şurasının yaradılmasının ilk təşəbbüskarı olub”. R. Nurullayev hərəkatın Azərbaycan nümayəndəliyinin təsis konfransının 2007-ci ilin yanvarında keçiriləcəyini də deyib: “Bir müddət öncə Azərbaycanda eyni adlı qurum yaradılmışdı. Amma hərəkatın baş ofisində mənə dedilər ki, bu nümayəndəliyin yaradılmasından onların xəbəri yoxdur. Bu baxımdan həmin nümayəndəliyin fəaliyyəti qanuna ziddir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR