Məzahir Pənahov: “Seçki komissiyalarının üzvləri heç bir siyasi partiyanın marağını güdməməlidir”

“Dairə və məntəqə seçki komissiyalarının formalaşması ilə bağlı geniş işlər gedir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov verib. MSK sədri deyib ki, bununla əlaqədar 15 maddədən ibarət təlimat hazırlanıb və komissiyaların formalaşması prosesi bu təlimat əsasında gedir: “Hesab edirəm ki, seçki komissiyalarının üzvləri heç bir siyasi partiyanın marağını güdməməlidir”. /APA/
Daxili siyasət
Laçını tərk edən ermənilərin evləri və meşələri yandırmasını əks etdirən görüntülər yayılıb - VİDEO

Qarabağ Azadlıq Təşkilatı partiyaya çevrilir

MSK Katibliyinin yeni strukturu təsdiqlənib
