AMİP Naxçıvan şəhər təşkilatının 7 üzvü Ədalət Partiyasına keçib

AMİP Naxçıvan şəhər təşkilatının 7 üzvü Ədalət Partiyasına keçib
# 29 dekabr 2006 15:08 (UTC +04:00)
Azərbaycan Mili İstiqlal Partiyasının (AMİP) Naxçıvan şəhər təşkilatının 7 üzvü Ədalət Partiyasına keçib. Bu barədə APA-ya Ədalət Partiyası Naxçıvan şəhər təşkilatının sədri İsa Mirzəyev məlumat verib. Onun sözlərinə görə, AMİP-çilərin sırasında bu partiyanın Naxçıvan şəhər təşkilatının sədri Vəfa Rəhimli də var. AMİP-çilər öz partiyalarını dəyişməsinə səbəb kimi Ədalət Partiyasında daha effektli fəaliyyət göbstərmək imkanının olmasını göstəriblər.
AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov isə APA-ya bildirib ki, AMİP-çilərin Ədalət Partiyasına keçməsi ilə bağlı onlarda heç bir məlumat yoxdur. O, həmçinin AMİP-in Naxçıvan şəhər təşkilatının sədrinin Vəfa Rəhimli yox, Məmməd Əhmədovun olduğunu qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR