“Azərbaycan Uğrunda” Təşəbbüs Qrupunun “Milli seçim” mövzusunda Forumu fevralda keçirəcək

“Azərbaycan Uğrunda” Təşəbbüs Qrupunun “Milli seçim” mövzusunda Forumu fevralda keçirəcək
# 08 yanvar 2007 10:20 (UTC +04:00)
“Azərbaycan Uğrunda” Təşəbbüs Qrupu “Milli seçim” mövzusunda Forumu Yeni Azərbaycan Partiyasının (YAP) iştirakı olmadan keçirəcək. Bu barədə APA-ya Təşəbbüs Qrupunun üzvü, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, qrup adından YAP-a edilən müraciətdən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hakim partiyadan onlara heç bir cavab daxil olmayıb: “Biz hakimiyyətlə müxalifət partiyaları arasında normal münasibətlərin olmasının tərəfdarıyıq. Amma görünür, Azərbaycanda bəzi qüvvələr iqtidar-müxalifət münasibətlərinin normal olmasında maraqlı deyillər. Məhz həmin qüvvələrin fəaliyyəti nəticəsində iqtidarla heç bir dialoq baş tutmur”. Birinci müavin bildirib ki, bu günlərdə Təşəbbüs Qrupunda təmsil olunan partiyaların birgə toplantısı keçiriləcək və forumun vaxtı müəyyənləşdiriləcək. Forumun fevralda keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Təşəbbüs Qrupunda 12 partiya təmsil olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR