2006-cı ilin sonuna YAP üzvlərinin sayı 400 minə çatıb

2006-cı ilin sonuna YAP üzvlərinin sayı 400 minə çatıb
# 08 yanvar 2007 12:14 (UTC +04:00)
2006-cı ilin sonuna Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 400 minə çatıb. Bu barədə APA-ya YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, ötən il ərzində partiyanın yerli strukturları daha yüksək səviyyədə fəaliyyət göstərib, nəticədə YAP-ın ilk təşkilatlarının sayı 7 minə çatdırılıb. M.Qurbanlı təmsil etdiyi partiyanın kütləvilik və intellektual baza baxımından Azərbaycanın ən böyük partiyası olduğunu və təşkilatlanma işinin davam edəcəyini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR