ADP-nin qurultayının vaxtı Ali Məclisin iclasında müəyyənləşəcək

ADP-nin qurultayının vaxtı Ali Məclisin iclasında müəyyənləşəcək
# 09 yanvar 2007 14:54 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) növbəti qurultayı ilə bağlı hazırlıqlar başlayıb. Bu barədə APA-ya partiya Ali Məclisinin sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, partiya Nizamnaməsinə əsasən qurultay iki ildən bir keçirilir və bu qurultay növbəti qurultay hesab olunur. Toplantının vaxtı Ali Məclisin yanvarın 27-də keçiriləcək iclasında müəyyənləşəcək. A. Şahbazov qurultayın ilin birinci yarısında keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Ali Məclisin iclasında həmçinin ADP-nin 2007-ci il üçün fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR