Artur Rasizadə Koreya Respublikasının səfirini qəbul edib

Bu gün baş nazir Artur Rasizadə Koreya Respublikasının Azərbaycandakı səfiri Lü Kvanq-Çulu onun xahişi ilə qəbul edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüşdə qeyd edilib ki, Azərbaycanla Cənubi Koreya arasında mövcud olan dostluq münasibətləri ötən ilin may ayında bu ölkənin prezidenti Ro Mu Hyunun Azərbaycana rəsmi səfərindən sonra daha intensiv xarakter alıb. Bildirilib ki, bütün dünyada yüksək texnoloji uğurları ilə nüfuz qazanmış Cənubi Koreyanın dövlət başçısının Azərbaycana səfəri əlaqələrin başlanğıcı üçün ilkin təməl rolunu oynamışdısa, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə gözlənilən rəsmi səfəri əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsinə konstruktiv əsaslar yaradacaq. Görüşdə koreyalı iş adamlarının Azərbaycanla əlaqələri daha da fəallaşdırmaq və ölkə iqtisadiyyatına əhəmiyyətli investisiya qoymaq niyyətləri vurğulanıb. A. Rasizadə səmərəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində qarşı tərəfin hər hansı təklifini dinləməyə, maraq doğuran layihələrin icrası üçün lazımi şərait yaratmağa hazır olduğunu qonağın diqqətinə çatdırıb. /APA/
Daxili siyasət

Ramin Məmmədovun Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü gözlənilir

Fərid Şəfiyev: Azərbaycana qarşı törədilən qətliam və soyqırımılarının hər biri sənədləşdirilməlidir

Qondarma rejimin keçmiş “xarici işlər naziri” Azərbaycana təslim olmaq qərarı verib
