Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri hər iki istiqamətə maneəsiz hərəkət ediblər - FOTO - YENİLƏNİB

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri hər iki istiqamətə maneəsiz hərəkət ediblər - FOTO  - YENİLƏNİB
# 26 mart 2023 16:14 (UTC +04:00)

Səhər saatlarında Xankəndindən gəlib Laçın istiqamətinə manesiz keçid edən BQXK-yə məxsus avtomobillər geriyə qayıdıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, qnəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

***

09:55

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn BQXK-yə məxsus 4 yük, 7 minik avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR